Bu onlayn kalkulyator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələri əsasında miras paylarının avtomatik və dəqiq bölünməsi üçün nəzərdə tutulmuşdur. Ümumi miras əmlakının dəyərini daxil edərək, vərəsələr arasında qanuni pay bölgüsünü anında hesablamaq mümkündür. Kalkulyator birgə nikah dövründə əldə olunmuş əmlakı və vəsiyyətnamənin olduğu hallarda isə məcburi pay hüququ olan 1-ci növbə vərəsələrin payını da avtomatik olaraq qoruyur.
Miras Payının Bölünməsi Kalkulyatoru
qayda.az
| Vərəsə | Növbə/status | Pay % | Məbləğ |
|---|
Hüquqi Əsaslandırma (AR Mülki Məcəlləsi):
• Maddə 1133 (Vərəsəlik): Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.r.
• Maddə 1159 (Qanun üzrə vərəsələr): 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar 1159.3. Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər 1159.5. Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
• Maddə 1193 (Məcburi pay): Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir