Hüquqi şəxsin ləğvi qaydası

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsi ilə ləğvetmə komissiyasının yaradılmasından başlayaraq kreditorların məlumatlandırılması, borcların ödənilməsi, ləğvetmə balanslarının hazırlanması və hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasına qədər əsas prosedurlar müəyyən edilir. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir. Hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi yalnız onun fəaliyyətini dayandırması ilə başa çatmır. Qanunvericilikdə ləğvetmə zamanı … Daha ətraflı

Duracağa aparılan avtomobil üçün ödənilən pul hansı hallarda geri qaytarılır?

Avtomobiliniz qayda pozuntusuna görə mühafizə olunan duracağa aparılıbsa və sonradan həmin inzibati xəta işi üzrə icraata xitam verilibsə və ya verilmiş cərimə qərarından şikayətiniz təmin olunubsa, avtomobilin duracağa gətirilməsi və orada saxlanılması üçün ödədiyiniz məbləğin geri qaytarılması mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 27 iyul tarixli 240 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin … Daha ətraflı

Mülki PUA-ların qeydiyyatı və istismarı necə həyata keçirilir?

Azərbaycanda mülki pilotsuz uçuş aparatlarından (PUA), yəni dronlardan istifadə artıq yalnız texnologiya və hobbi məsələsi deyil. Dronların uçuşu, qeydiyyatı, istismarçının və pilotun hüquqları və öhdəlikləri müəyyən qaydalarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2025-ci il tarixli 132 nömrəli Qərarı ilə “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları” təsdiq edilib. Maksimal … Daha ətraflı

Yol hərəkəti hansı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər?

Yol hərəkətinin təhlükəsizliyi və rahatlığı müasir cəmiyyətin normal fəaliyyətinin əsas şərtlərindən biridir. Bununla belə, müəyyən istisna hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya tam qadağan edilməsi zərurəti yaranır. Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Qanununun 9-cu maddəsi bu prosesin hüquqi çərçivəsini, qərarqəbuletmə mexanizmlərini və tərəflərin öhdəliklərini dəqiq tənzimləyir. Qanuna əsasən, yol hərəkəti yollarda … Daha ətraflı

Zibil atmağa görə cərimə – müxtəlif yerlərdə fərqli məbləğlər?

Parklarda, küçələrdə, yollarda və digər ictimai yerlərdə “zibil atmağa görə cərimə” barədə müxtəlif məbləğlərə rast gəlmək mümkündür. Bəzən 50, 200, 300, hətta 700 və 1000 manatlıq cərimələr göstərilir. Bəs adi bir zibili yerə atmağa görə əslində hansı cərimə tətbiq olunur? İnzibati Xətalar Məcəlləsində tullantının atıldığı yerə və törədilmiş pozuntunun xarakterinə görə müxtəlif məsuliyyət tədbirləri nəzərdə … Daha ətraflı