Alimentin hesablanmasına dair kalkulyator Azərbaycan Respublikası Ailə Məcəlləsi, Əmək Məcəlləsi, İcra haqqında qanun və digər aidiyyəti hüquq normalarına uyğun olaraq hazırlanmışdır.
Bu hesablayıcı vasitəsilə minimum aliment məbləğinin həddini, faktiki aliment öhdəliyinizlə minimum hədd arasında müqayisəni, o cümlədən məhkəmə və ya mediasiya vasitəsilə razılaşdırılmış məbləğlə qanunvericiliklə olmalı məbləğ arasındakı fərqi görmək mümkündür.
Aliment ödəyəcək şəxsin gəlirləri, övladın sayı və minimum həcm kimi tələb olunan xanaların doldurulması zəruridir. Yekun rəqəm isə şəxsin faktiki öhdəlikləri nəzərə alınmaqla formalaşacağı üçün ilkin vizual həddin görülməsinə imkan verir.
Müəllif: Vəkil Sürəyya Həbilova