Müraciətinizə baxılmadığı halda vəzifəli və hüquqi şəxslər cərimələnə bilər.

“Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, vətəndaşların müraciətlərinə, bir qayda olaraq, ən geci 15 iş günü müddətində baxılmalıdır.Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.Əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi zərurəti yarandıqda, qanunda nəzərdə tutulan qaydada baxılma müddəti ən çoxu 30 iş günü … Daha ətraflı

“kompyuter”, “kompüter” yoxsa “komputer” – alınma sözlərdə saitlərin yazılışı

Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, alınma sözlərdə o hərfi tələffüz zamanı bəzən [a], bəzən isə [o] kimi səslənə bilər. Lakin yazıda bu sözlərdə o hərfi saxlanılır: avtomat, kollec, kollektiv, laborant, motor, obyekt, poema, poeziya, problem, professor, solist, velosiped və s. İkinci hecasındakı sait tələffüzdə [i], bəzi hallarda isə [ü] kimi səslənən ərəb mənşəli sözlər yazıda … Daha ətraflı

İş vaxtınızın maksimal müddəti nə qədər ola bilər?

Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz Normal iş vaxtına uyğun olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Bundan əlavə, həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. … Daha ətraflı

Malınız gəlməsə, cərimələnə bilərsiniz.

Azərbaycan rezidentləri xaricdən mal və ya xidmət almaq üçün əvvəlcədən ödəniş etdikdə, həmin ödənişin qarşılığında malın ölkəyə gətirildiyini və ya xidmətin göstərildiyini təsdiq edən sənədlər banka təqdim edilməlidir. Əgər mal idxal edilməyibsə və ya xidmət göstərilməyibsə, əvvəlcədən ödənilmiş pul vəsaiti də geri qaytarılmalıdır. Təsdiqedici sənədlər ödəniş tarixindən etibarən ən geci 2 il ərzində banka təqdim … Daha ətraflı

Xəzinə, itmiş əşyalar və qonşu ağacları: Mülki Məcəllənin maraqlı maddələri

Qonşunun həyətinə düşən meyvə kimindir? Mülki Məcəllənin 174.2-ci maddəsinə əsasən, ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. İtmiş heyvanlar və əşyalar Əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi … Daha ətraflı

Pensiyanızı artıra bilərsiniz.

“Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası” sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydasını müəyyən edir. Belə ki, əmək pensiyası kapitalını artırmaq istəyən şəxslər dövlət sosial sığorta sistemində özləri üçün yaradılmış xüsusi hesaba əlavə vəsait ödəyə bilərlər. Bu vəsait məcburi dövlət sosial sığorta haqlarından ayrıca ödənilir və şəxsin fərdi şəxsi hesabında qeydə alınaraq … Daha ətraflı

Gündəlik (payday) kreditlər bu gündən restrukturizasiya oluna bilər.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 18 avqust 2026-cı il tarixli qərarı ilə Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən, gündəlik kreditlər Qaydanın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və … Daha ətraflı

Minimum ərzaq səbəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə minimum istehlak səbətinin tərkibi təsdiq edilmişdir. İstehlak səbətinə ərzaq məhsulları, qeyri-ərzaq məhsulları və xidmətlər daxil edilmişdir. Bu kalkulyatordan istifadə edərək ailəniz üçün minimum ərzaq səbəti üzrə xərcinizi müəyyənləşdirə bilərsiniz. Qeyd edək ki, hər kateqoriyada qiymət seçərkən məhsulların vahidi (kq/litr/ədəd) üzrə ortalama qiymət seçməyiniz tövsiyə … Daha ətraflı

Müəllimlər üçün tələblər – klassik üslublu geyim !

Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli Qərarı ilə Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər müəyyən edilmişdir. Tələblərə əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Lakin fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional … Daha ətraflı

İşçilərin attestasiyası nəticəsində kütləvi şəkildə ixtisar yolverilməzdir.

İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız … Daha ətraflı