Azərbaycan Respublikasının Mərkəzi Bankının 18 avqust 2026-cı il tarixli qərarı ilə Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən, gündəlik kreditlər Qaydanın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir. Müvafiq dəyişikliklər 10.10.2026-cı il tarixdən qüvvəyə minir. Qeyd edək ki, əvvəlki redaksiyada gündəlik kreditlərin restrukturizasiyası nəzərdə tutulmurdu.
Məlumat üçün bildirək ki, gündəlik (qısamüddətli) kreditlər maksimum məbləği 500 (beş yüz) manat olmaqla milli valyutada verilir. Gündəlik faiz dərəcəsi maksimum 0.3%-dir və qaytarılma müddəti maksimum 45 (qırx beş) gün təşkil edir. Dəyişikliklər isə gündəlik kreditlərin daha 45 gün müddətinə restrukturizasiya olunmasına imkanı verir.