Bayrağımızın rəng çalarları necə olmalıdır?

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bayrağımıza hörmət göstərilməsi ilə bağlı vəzifələr, qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, bayrağın istifadəsinə dair tələblər və s. müəyyənləşdirilmişdir. Bayrağımız bütöv olmalı və solğun görünməməlidir və elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç … Daha ətraflı

Miras payının bölünməsi kalkulyatoru

Bu onlayn kalkulyator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələri əsasında miras paylarının avtomatik və dəqiq bölünməsi üçün nəzərdə tutulmuşdur. Ümumi miras əmlakının dəyərini daxil edərək, vərəsələr arasında qanuni pay bölgüsünü anında hesablamaq mümkündür. Kalkulyator birgə nikah dövründə əldə olunmuş əmlakı və vəsiyyətnamənin olduğu hallarda isə məcburi pay hüququ olan 1-ci növbə vərəsələrin payını da avtomatik … Daha ətraflı

Alimentin hesablanmasına dair kalkulyator

Alimentin hesablanmasına dair kalkulyator Azərbaycan Respublikası Ailə Məcəlləsi, Əmək Məcəlləsi, İcra haqqında qanun və digər aidiyyəti hüquq normalarına uyğun olaraq hazırlanmışdır. Bu hesablayıcı vasitəsilə minimum aliment məbləğinin həddini, faktiki aliment öhdəliyinizlə minimum hədd arasında müqayisəni, o cümlədən məhkəmə və ya mediasiya vasitəsilə razılaşdırılmış məbləğlə qanunvericiliklə olmalı məbləğ arasındakı fərqi görmək mümkündür. Aliment ödəyəcək şəxsin gəlirləri, … Daha ətraflı

Səyyar vergi yoxlaması

Vergilər Məcəlləsinin 38-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Növbəti səyyar vergi yoxlamasıtəqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi … Daha ətraflı

Malınız gəlməsə, cərimələnə bilərsiniz.

Azərbaycan rezidentləri xaricdən mal və ya xidmət almaq üçün əvvəlcədən ödəniş etdikdə, həmin ödənişin qarşılığında malın ölkəyə gətirildiyini və ya xidmətin göstərildiyini təsdiq edən sənədlər banka təqdim edilməlidir. Əgər mal idxal edilməyibsə və ya xidmət göstərilməyibsə, əvvəlcədən ödənilmiş pul vəsaiti də geri qaytarılmalıdır. Təsdiqedici sənədlər ödəniş tarixindən etibarən ən geci 2 il ərzində banka təqdim … Daha ətraflı

Xəzinə, itmiş əşyalar və qonşu ağacları: Mülki Məcəllənin maraqlı maddələri

Qonşunun həyətinə düşən meyvə kimindir? Mülki Məcəllənin 174.2-ci maddəsinə əsasən, ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. İtmiş heyvanlar və əşyalar Əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi … Daha ətraflı

Pensiyanızı artıra bilərsiniz.

“Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası” sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydasını müəyyən edir. Belə ki, əmək pensiyası kapitalını artırmaq istəyən şəxslər dövlət sosial sığorta sistemində özləri üçün yaradılmış xüsusi hesaba əlavə vəsait ödəyə bilərlər. Bu vəsait məcburi dövlət sosial sığorta haqlarından ayrıca ödənilir və şəxsin fərdi şəxsi hesabında qeydə alınaraq … Daha ətraflı

Gündəlik (payday) kreditlər bu gündən restrukturizasiya oluna bilər.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 18 avqust 2026-cı il tarixli qərarı ilə Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən, gündəlik kreditlər Qaydanın tələbləri nəzərə alınmaqla kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və … Daha ətraflı

Minimum ərzaq səbəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə minimum istehlak səbətinin tərkibi təsdiq edilmişdir. İstehlak səbətinə ərzaq məhsulları, qeyri-ərzaq məhsulları və xidmətlər daxil edilmişdir. Bu kalkulyatordan istifadə edərək ailəniz üçün minimum ərzaq səbəti üzrə xərcinizi müəyyənləşdirə bilərsiniz. Qeyd edək ki, hər kateqoriyada qiymət seçərkən məhsulların vahidi (kq/litr/ədəd) üzrə ortalama qiymət seçməyiniz tövsiyə … Daha ətraflı

Vətəndaşlar kredit müqaviləsinin məsafədən bağlanmasına məhdudiyyət qoya bilər!

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2026-cı il tarixli qərarı ilə “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər 01.10.2026-cı il tarixdə qüvvəyə minir. Dəyişikliklərə əsasən, Bank və BOKT (kredit təşkilatları) müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına … Daha ətraflı