Faktiki illik faiz dərəcəsi (FİFD) hesablanması

Faktiki İllik Faiz Dərəcəsi (FİFD), kredit alarkən müştərinin qarşılaşdığı nominal faiz dərəcəsi ilə yanaşı, bütün əlavə xərcləri (komissiyalar, sığorta, sənədləşmə və s.) özündə birləşdirən məcmu maliyyə göstəricisidir. FİFD aşağıdakı riyazi tənlik vasitəsilə hesablanır:

S=k=1nAk(1+xm)kS = \sum_{k=1}^{n} A_k \left( 1 + \frac{x}{m} \right)^{-k}

S – borcalana verilən xalis kredit məbləği, yəni verilən kredit və banka ödəniləcək cari tutulmalar arasındakı fərq;

k — pul axınının (ödənişin və digər xərcin) sıra nömrəsi;–

n — pul axınlarının (ödənişlərin və digər xərclərin) sayı;

x — Faktiki illik faiz dərəcəsi;

m — illik ödəniş intervalı;

Ak — kredit müqaviləsi üzrə k – cı pul axınlarının (ödənişlərin və digər xərclərin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir.

Hazırladığımız kalkulyatordan istifadə edərək həm bir kredit üzrə, həm də kütləvi olaraq FİFD hesablaya bilərsiniz.

FİFD Kalkulyatoru — qayda.az

FİFD Kalkulyatoru

Faktiki İllik Faiz Dərəcəsinin Hesablanması (Mərkəzi Bank Standartı)

Mənbə: qayda.az

1 fikir “Faktiki illik faiz dərəcəsi (FİFD) hesablanması” haqqında

Şərh yaz