Faktiki İllik Faiz Dərəcəsi (FİFD), kredit alarkən müştərinin qarşılaşdığı nominal faiz dərəcəsi ilə yanaşı, bütün əlavə xərcləri (komissiyalar, sığorta, sənədləşmə və s.) özündə birləşdirən məcmu maliyyə göstəricisidir. FİFD aşağıdakı riyazi tənlik vasitəsilə hesablanır:
S – borcalana verilən xalis kredit məbləği, yəni verilən kredit və banka ödəniləcək cari tutulmalar arasındakı fərq;
k — pul axınının (ödənişin və digər xərcin) sıra nömrəsi;–
n — pul axınlarının (ödənişlərin və digər xərclərin) sayı;
x — Faktiki illik faiz dərəcəsi;
m — illik ödəniş intervalı;
Ak — kredit müqaviləsi üzrə k – cı pul axınlarının (ödənişlərin və digər xərclərin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir.
Hazırladığımız kalkulyatordan istifadə edərək həm bir kredit üzrə, həm də kütləvi olaraq FİFD hesablaya bilərsiniz.
FİFD Kalkulyatoru
Faktiki İllik Faiz Dərəcəsinin Hesablanması (Mərkəzi Bank Standartı)
Excel faylınızı buraya sürüşdürüb buraxın və ya seçin
Dəstəklənən formatlar: .xlsx, .xls
İstifadəçi Təlimatı — FİFD Kalkulyatoru
Mərkəzi Bank tələblərinə uyğun olaraq faktiki illik faiz dərəcəsinin avtomatlaşdırılmış hesablama modulu.
Excel faylının strukturu (sütun sırası mütləq qorunmalıdır):
- Kredit məbləği (AZN)
- İllik faiz (%)
- Müddət (ay)
- Ödəniş tezliyi (“aylıq”, “1 ay yarımlıq”, “rüblük”, “yarımillik”, “illik”)
- Öncədən komissiya (AZN)
- Dövri komissiya (AZN)
- Grace period / Güzəşt müddəti (ay)
Qaydalar və Məntiq:
- Müddət seçilmiş ödəniş tezliyinə tam bölünməlidir (məs: 12 ay → aylıq; 18 ay → 1 ay yarımlıq).
- Güzəşt (Grace) müddətində yalnız faiz + dövri komissiya ödənilir, əsas borc sabit qalır.
- Qalan dövrdə ANNUTİET qaydası ilə əsas borc bağlanır.
- Hər period üçün dövri komissiya pul axınına (cashflow) əlavə edilir.
👍😃