Hakimlərin peşə bilik və bacarıqları qiymətləndirilməlidir.

“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası”na əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsində peşə bilik və bacarıqları, onların ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq etmək qabiliyyəti meyarı da nəzərə alınır.

Bu meyarlar qrupuna məhkəmə aktlarının keyfiyyəti və məhkəmə proseslərinin aparılması keyfiyyəti daxildir. Məhkəmə aktlarının keyfiyyəti göstəricilərin öyrənilməsi vasitəsilə həyata keçirilir:

– təmin olunmuş apellyasiya (kassasiya) əmsalı və sabitlik əmsalı;

– məhkəmə aktlarının tərtib edilməsi keyfiyyəti

– vahid məhkəmə təcrübəsini formalaşdıran aktların qəbul edilməsi.

Məhkəmə proseslərinin aparılması keyfiyyəti üzrə hakimin məhkəmə prosesinin aparılması ilə bağlı bilik və bacarıqları hər indeks üzrə ən azı 3 (üç) işin məhkəmə iclaslarının audio və video yazılarının öyrənilməsi və təhlili əsasında müəyyən edilir. Zərurət olduqda Hakimlərin Qiymətləndirilməsi Komitəsi əlavə sayda məhkəmə prosesini nəzərdən keçirə bilər. Qapalı məhkəmə iclasları, dövlət, kommersiya və ya peşə sirri təşkil edən məlumatların olduğu işlər, habelə hərbi məhkəmələrin işləri üzrə yazılara baxış məxfilik tələblərinə riayət edilməklə aparılır. Audio-video yazının aparılması qanunla qadağan edildikdə və ya obyektiv səbəbdən mümkün olmadıqda prosesin keyfiyyəti məhkəmə iclas protokolu və digər prosessual sənədlər əsasında qiymətləndirilir və bunun səbəbi yekun rəydə göstərilir.

Şərh yaz