Hotellərin ulduz kateqoriyaları: 5 ulduzlu mehmanxanaları fərqləndirən əsas tələblər nədir?

Azərbaycanda fəaliyyət göstərən hotellərin və mehmanxana tipli obyektlərin ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Kollegiyasının 2026-cı il 25 may tarixli Qərarı ilə təsdiq edilmişdir. tərəfindən təsdiq olunmuş “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” sənədi ilə tənzimlənir. Bu meyarlar binaların texniki təchizatından, otaqların sahəsindən və göstərilən xidmətlərin çeşidindən tutmuş personalın peşəkarlıq səviyyəsinə qədər bütün məqamları əhatə edir.

Qiymətləndirmə zamanı hotellər həm məcburi meyarlara cavab verməli, həm də ixtiyari qiymətləndirmə üzrə tələb olunan minimum balları toplamalıdırlar.

Bəs 1-4 ulduzlu hotellərdən fərqli olaraq, yalnız 5 ulduzlu hotellərə tətbiq edilən xüsusi və məcburi tələblər hansılardır?

5 ulduzlu hotellər Qaydada nəzərdə tutulmuş 119 məcburi meyara cavab verməli və minimum 610 bal ( 1 ulduzlu 95, 2 ulduzlu 180, 3 ulduzlu 270, 4 ulduzlu 410 bal) toplamalıdır. 5 ulduzlu hotelləri digər kateqoriyalı hotellərdən fərqləndirən əsas məcburi meyarları aşağıdakılardır:

  • Birbaşa mehmanxana (hotel) binasının ərazisində yerləşən və mehmanxanaya (hotelə) məxsus avtomobillər üçün nəzərdə tutulan  parkinq
  • Valet Parkinq xidməti (qonağın avtomobilinin mehmanxanaya (hotelə) gəldiyi zaman personal tərəfindən qarşılanaraq avtomobilin parkinq sahəsinə aparılması və çıxış zamanı geri gətirilməsi xidməti_
  • “Bell boy” mehmanxanaya (hotelə) gələn və gedən qonaqların baqaj yüklərini daşıyan, onları otağa gedən yol boyunca müşayiət edən, zəruri hallarda ərazi və region haqqında məlumat verən və qonağın yerləşdirilməsi zamanı ilkin dəstək göstərən mehmanxana (hotel) əməkdaşı;
  • Baqaj daşıma xidməti
  • Ütü xidməti (1 saat ərzində təhvil vermə şərti ilə)
  • Nömrədə çap və ya rəqəmsal formada gündəlik media vasitələrinin (qəzetlər, ağıllı televizor, planşetlər və s.) mövcud olması
  • Dərzi xidməti
  • Ayaqqabı cilalama xidməti
  • Avtobus və ya limuzin xidməti
  • Hər bir qonaq üçün fərdiləşdirilmiş salamlama xidməti (məsələn, nömrədə gül və ya hədiyyə ilə)
  • Otağı tamamilə qaranlıqlaşdırmağın mümkün olması (məsələn, jalüz və ya işıq keçirməyən pərdə)
  • Otaqda seyf
  • Hamam xalatı
  • Nömrə xidməti vasitəsilə 24 saatlıq içki xidməti
  • Həftədə 7 gün xidmət göstərilən bar və yaxud yumşaq mebellə təchiz edilmiş istirahət sahəsi
  • 24 saat ərzində nömrəyə çatdırma xidməti vasitəsilə qida təklifi
  • Restoranın həftədə 7 gün fəaliyyət göstərməsi

Şərh yaz