Aktuar hesablamaların aparılmasına dair Təlimata əsasən, qeyri-həyat sığortasına aid olan sığorta sinfi üzrə sığorta tarifinin hesablanması üçün aşağıdakı düsturdan istifadə edilir:
B = N / (1 – f)
Burada:
B – sığorta tarifidir (xalis sığorta tarifi və yüklənmədən ibarət olmaqla sığorta təminatı vahidinin dəyəri)
N – xalis sığorta tarifidir (əsas hissə və risk üstəliyindən ibarət olmaqla sığorta ödənişlərinin həyata keçirilməsi üçün sığorta ehtiyatlarının formalaşdırılmasını təmin edən hissə)
f – yüklənmədir (sığorta haqqından faizlə ifadə edilir, sığorta əməliyyatlarının həyata keçirilməsi ilə bağlı işlərin aparılması xərclərini, qarşısıalınma tədbirlərinin maliyyələşdirilməsini və tarif mənfəətini təmin edən hissə.)
Sığorta sinfi üzrə statistika mövcuddursa, xalis sığorta tarifinin hesablanması üçün aktuarinin aşağıdakı düsturdan istifadə etmək hüququ vardır:
Burada:
- n – sığorta predmetlərinin sayı;
- S – hər predmet üzrə sığorta məbləği;
- X – portfel üzrə ümumi zərəri göstərən təsadüfi kəmiyyət;
- M[X] – ümumi zərərin riyazi gözləməsi;
- D[X] – ümumi zərərin dispersiyası;
- γ – təminat ehtimalı (xalis sığorta haqlarının sığorta ödənişlərinin verilməsinə kifayət etməsi ehtimalıdır)
- λ – həmin təminat ehtimalına uyğun əmsaldır. Təlimatın cədvəlində γ = 0,84; 0,90; 0,95; 0,98; 0,9986 üçün müvafiq əmsallar 1,0; 1,3; 1,645; 2,0; 3,0 göstərilir.
Nümunə kimi belə göstərə bilərik:
- n = 10 000 avtomobil;
- hər bir avtomobil üzrə sığorta məbləği S = 20 000 manat;
- ümumi zərərin gözlənilən qiyməti M[X] = 20 000 000 manat;
- dispersiyanın kvadrat kökü, yəni standart kənarlaşma = 2 000 000 manat;
- təminat ehtimalı γ = 0,95;
- buna uyğun əmsal λ = 1,645.
Əgər yüklənmə 20%-dirsə:
Müəyyən bir sığorta sinfi üzrə statistika yoxdursa, sığortaçı sığorta tariflərinin hesablanması məqsədi ilə sığorta nəzarəti orqanının sığorta bazarı üzrə hər bir sığorta sinfinə dair açıqladığı statistik göstəricilərdən istifadə etməlidir.