Dövlətin vahid xəzinə hesabında müəyyən vaxtlarda büdcə xərclərinin dərhal maliyyələşdirilməsinə ehtiyac olmayan vəsaitlər qala bilər. “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları”na əsasən, vahid xəzinə hesabının qalığı Maliyyə Nazirliyi tərəfindən Mərkəzi Banka və Dövlət Neft Fonduna idarəetməyə verilə bilər. Vəsaitlər yüksək kredit reytinqinə malik banklarda və digər maliyyə institutlarında depozitlərə, pul və likvidlik fondlarına, habelə müəyyən yüksək reytinqli qiymətli kağızlara yerləşdirilə bilər.
Əsas tələblərdən biri maliyyə institutlarının və ya müvafiq maliyyə alətlərinin “A-” (Standart ənd Purz, Fiç) və ya “A3” (Mudiz) səviyyəsindən aşağı olmayan kredit reytinqinə malik olan
- ölkələrin mərkəzi banklarda, kommersiya banklarında və digər maliyyə təsisatlarındakı depozitlərə;
- pul (likvidlik) fondlarına;
- xarici ölkələrin hökumətləri, dövlət agentlikləri və ya maliyyə təsisatları tərəfindən buraxılmış dövlət təminatları olan qiymətli kağızlara
- beynəlxalq maliyyə təşkilatları, kommersiya bankları və digər maliyyə təsisatları tərəfindən buraxılmış qiymətli kağızlara.
Qalıq vəsaitləri yuxarıda qeyd olunan maliyyə alətlərindən fərqli maliyyə alətlərinə, habelə səhmlərə, törəmə maliyyə alətlərinə, qiymətli metallara və qiymətli daşlara investisiya oluna bilməz.
Bu yanaşma göstərir ki, mexanizmin əsas məqsədi yüksək gəlir əldə etməkdən daha çox dövlət vəsaitinin qorunması və məqbul risk səviyyəsində gəlir əldə edilməsidir.
Bu, xüsusilə dövlət büdcəsi vəsaitlərinin bazar qiymətlərində kəskin dəyişikliklərdən və yüksək investisiya risklərindən qorunmasına xidmət edir.