Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası

Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat … Daha ətraflı

Azərbaycan Respublikasında Anım Günü

“Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Sərəncamda deyilir: “Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və … Daha ətraflı

Hotellərin ulduz kateqoriyaları: 5 ulduzlu mehmanxanaları fərqləndirən əsas tələblər nədir?

Azərbaycanda fəaliyyət göstərən hotellərin və mehmanxana tipli obyektlərin ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Kollegiyasının 2026-cı il 25 may tarixli Qərarı ilə təsdiq edilmişdir. tərəfindən təsdiq olunmuş “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” sənədi ilə tənzimlənir. Bu meyarlar binaların texniki təchizatından, otaqların sahəsindən və göstərilən xidmətlərin çeşidindən tutmuş personalın peşəkarlıq səviyyəsinə … Daha ətraflı

Hakimlərin peşə bilik və bacarıqları qiymətləndirilməlidir.

“Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası”na əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsində peşə bilik və bacarıqları, onların ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq etmək qabiliyyəti meyarı da nəzərə alınır. Bu meyarlar qrupuna məhkəmə aktlarının keyfiyyəti və məhkəmə proseslərinin aparılması keyfiyyəti daxildir. Məhkəmə aktlarının keyfiyyəti göstəricilərin öyrənilməsi vasitəsilə həyata keçirilir: – təmin olunmuş apellyasiya (kassasiya) əmsalı və sabitlik əmsalı; … Daha ətraflı

Diqqət ! Hansı əmanətlər qorunmur?

“Əmanətlərin Sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Əmanət nədir? Qanuna əsasən, əmanət bankın milli və xarici valyutada qəbul etdiyi və qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitidir. Bu anlayışa hesablanmış faizlər … Daha ətraflı

Dönər satan və hazırlayan obyektlər üçün hansı tələblər var?

Dönərin hazırlanması və satışı ilə bağlı sanitariya tələbləri dönərin hansı ətdən hazırlanmasından tutmuş onun saxlanması, daşınması, dondurulması və istehlakçıya təqdim edilməsinə qədər bir sıra məsələləri əhatə edir. “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilib. Qaydaların məqsədi … Daha ətraflı

Hüquqi şəxsin ləğvi qaydası

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsi ilə ləğvetmə komissiyasının yaradılmasından başlayaraq kreditorların məlumatlandırılması, borcların ödənilməsi, ləğvetmə balanslarının hazırlanması və hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasına qədər əsas prosedurlar müəyyən edilir. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir. Hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi yalnız onun fəaliyyətini dayandırması ilə başa çatmır. Qanunvericilikdə ləğvetmə zamanı … Daha ətraflı

Mülki PUA-ların qeydiyyatı və istismarı necə həyata keçirilir?

Azərbaycanda mülki pilotsuz uçuş aparatlarından (PUA), yəni dronlardan istifadə artıq yalnız texnologiya və hobbi məsələsi deyil. Dronların uçuşu, qeydiyyatı, istismarçının və pilotun hüquqları və öhdəlikləri müəyyən qaydalarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2025-ci il tarixli 132 nömrəli Qərarı ilə “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları” təsdiq edilib. Maksimal … Daha ətraflı

Azərbaycanda daktiloskopik və genom qeydiyyatı necə aparılır?

İnsan şəxsiyyətinin müəyyən edilməsi, itkin şəxslərin və naməlum meyitlərin identifikasiyası, habelə cinayətlərin qarşısının alınması və araşdırılması məqsədilə Azərbaycanda dövlət daktiloskopik və genom qeydiyyatı aparılır. Bu sistemdə bir tərəfdən insanın barmaq izləri, digər tərəfdən isə DNT profili əldə edilir, uçota alınır, saxlanılır və qanunvericiliklə müəyyən edilmiş hallarda istifadə olunur. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı … Daha ətraflı

Əmək haqqı hesablanması kalkulyatoru

Əmək haqqı hesablayıcı modulu qayda.az saytı tərəfindən hazırlanmış və sizə təqdim edilir. Bu hesablamalar yalnız məlumat xarakterlidir və şirkətlərin daxili mühasibatlıq hesablamalarını təkrar yoxlaması üçün nəzərdə tutulmuşdur. 2026-cı il Əmək Haqqı Hesablayıcısı | qayda.az 2026-cı il Əmək Haqqı Hesablayıcısı Mənbə: qayda.az Azərbaycan Respublikasının qanunvericiliyinə Uyğun Avtomatlaşdırılmış Hesablama Modulu Nümunə Excel Yüklə Tək işçi üçün hesablama Excel Faylı ilə kütləvi … Daha ətraflı